İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə qaçan rus hakerlər fırıldaqçılığa başlayıblar

İngiltərənin “Financial Times” qəzetinə danışan türkiyəli rəsmilər və ekspertlər Rusiya-Ukrayna müharibəsi səbəbindən Türkiyəyə sığınan rus hakerlərin saxtakarlıq və fırıldaqçılıq etdiklərini açıqlayıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi zamanı hərbi səfərbərlik elan edilməsindən sonra müharibədən yayınmaq istəyən bir çox Rusiya vətəndaşı Türkiyəyə qaçıb. İngiltərənin populyar qəzetlərindən olan "Financial Times" Türkiyəyə sığınan rusların bəzilərinin haker olduğunu və oğurlanmış maliyyə məlumatları ilə saxtakarlıq etdiklərini açıqlayıb.

Qəzetdə dərc olunan xəbərdə bildirilir: “Türkiyədə kibercinayətkarlar Rusiyadan olan hakerlərlə əməkdaşlığa başlayıb. Ötən ilin sentyabrında minlərlə yaxşı təlim keçmiş proqram mühəndisi Türkiyəyə qaçıb. Türk polisi və təhlükəsizlik ekspertləri deyirlər ki, bunlardan bəziləri aşağı səviyyəli kiber fırıldaqçılardır.

Həmçinin bildirilib ki, rusiyalı hakerlər türk hakerlərlə əməkdaşlıq edərək oğurlanmış şəxsi və maliyyə məlumatlarından istifadə ediblər. Qəzetə danışan və adlarını açıqlamayan iki türk məmuru Türkiyə polisinin bu fəaliyyəti araşdırmağa başladığına diqqət çəkərək, hakerlərin izlərini gizlətmək üçün gizlənmə kimi tanınan texnikadan istifadə etdiklərini bildirib.

Rusların ən çox seçdiyi şəhərlərdən biri olan Antalyada yaşayan bir məmur deyib ki, bir ildən az müddətdə şikayət və işlərin sayı çox artıb. Başqa bir türk rəsmisi qeyd edib ki, bu yeni yaranmış dəstələr yerli polis və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək istəmədikləri üçün türklərə hücum etmirlər.

"Financial Times"a danışan kibertəhlükəsizlik üzrə ekspert hakerlərin Telegram-da bəzi qruplar yaradaraq şəxsi məlumatları 50 dollara satdıqlarını bildirib. Rusların bu məlumatları türk hakerlərinə, türk hakerlərin isə daha yüksək məbləğlərə, xüsusən də Almaniyadakı hakerlərə satdıqları da bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR