İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə gedən Azərbaycan könüllüləri fəlakət bölgəsində fəaliyyətə başlayıblar - VİDEO

Azərbaycandan Türkiyəyə gedən 10 könüllü dəstəkçi artıq Türkiyənin Adıyaman bölgəsində fəlakətin nəticələrini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlayıblar.

Bu barədə Musavat.com-a könüllülərdən biri İmamvardi Bəşirli məlumat verib.

Saytımıza video görüntülü məlumat yollayan İmamverdi Bəşirli deyir ki, artıq 2 gündür zəlzələ bölgəsindədirlər və yaranmış dəhşətli vəziyyəti öz gözləri ilə görüblər.

Qeyd edək ki, İmamverdi Bəşirli Azərbaycanda son vaxtlar sosial media üzərindən fenomen olan Sərvər Bəşirlinin əmisioğludur. O, S.Bəşirli və daha bir qohumu hazırda Adıyamanda - zəlzələdən zərər çəkən bölgədə könüllü olaraq fəaliyyət göstərir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR