Onlayn ictimai-siyasi qəzet
"Bu gün Prezident tərəfindən qəbul edildim və ona etimadnaməmi təqdim etdim. Qəbul və xoş fikirlər üçün bir daha sizin vasitənizlə cənab prezidentə təşəkkür edirəm".
Musavat.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
Səfir Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkün sözlərini xatırladıb:
"Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə üçün Azərbaycanın sevinci sevinc, kədəri kədərdir. Bu ölkəni quran bütün şəhidləri rəhmətlə anıram".
B.Akgün vurğulayıb ki, Türkiyədəki 6 fevral zəlzələsi zamanı azərbaycanlıların göstərdiyi dəstək heç vaxt unudulmayacaq:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi və bənzəri olmayan qardaşlığı ilə mütəffiqlik müstəvisində münasibətləri daha da gücləndirəcəyik. Vəzifəmiz liderlərin vizyonuna layiq olmaqdır".
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ