İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin xarici ticarət kəsiri 30 faizdən çox azalıb

Türkiyə Ticarət Nazirliyi aprel ayı üzrə ilkin xarici ticarət statistikasını açıqlayıb.

Musavat.com Nazirliyin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, Türkiyənin ixracı aprel ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 19 milyard 271 milyon dollara, idxal isə 4,2 faiz artaraq 29 milyard 171 milyon dollara çatıb.

Ümumi xarici ticarət həcmi 2,6 faiz artaraq 48 milyard 442 milyon dollara çatıb. Xarici ticarət kəsiri bu dövrdə 13,3 artıb və 9 milyard 900 milyon dollar təşkil edib.

Aprel ayında Türkiyənin ixracatında birinci yerdə 1 milyard 481 milyon dollarla Almaniya gəlib. Bu ölkəni 1 milyard 185 milyon dollarla ABŞ və 1 milyard 124 milyon dollarla Böyük Britaniya izləyir.

İxracda ən böyük paya sahib ilk 10 ölkənin ümumi ixracatdakı payı 47,8 faizə bərabər olub.

Aprel ayında ən çox ixrac edilən ölkə qrupları 8 milyard 10 milyon dollarla Avropa Birliyi, 3 milyard 204 milyon dollarla Yaxın və Orta Şərq, 2 milyard 963 milyon dollarla digər Avropa ölkələridir.

Aprel ayında Türkiyə ən çox malı Çindən idxal edib - 3 milyard 753 milyon dollar. İkinci yerdə 3 milyard 330 milyon dollarla Rusiya, üçüncü yerdə 2 milyard 244 milyon dollarla Almaniya qərarlaşıb.

İdxalda ən böyük paya sahib ilk 10 ölkənin ümumi idxaldakı payı 58,6 faiz təşkil edir.

Sözügedən ayda ən çox mal idxal edilən ölkə qrupları 9 milyard 487 milyon dollarla Avropa Birliyi, 7 milyard 847 milyon dollarla Asiya ölkələri və 5 milyard 481 milyon dollarla digər Avropa ölkələri olub.

Yanvar-aprel aylarında ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 82 milyard 873 milyon dollar, idxal 8,9 faiz azalaraq 113 milyard 117 milyon dollar, xarici ticarət həcmi 4,3 faiz azalaraq 195 milyard 990 milyon dollar olub.

Sözügedən dövrdə xarici ticarət kəsiri 30,5 faiz azalaraq 30 milyard 243 milyon dollar təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR