İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Ukrayna üçün tikdiyi ikinci hərbi gəmi suya buraxıldı

Avqustun 1-də İstanbulda Ukrayna Hərbi Dəniz Qüvvələri üçün tikilən döyüş gəmisi suya salınıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, RMK Dəniz gəmiqayırma zavodundan dənizə buraxılış mərasimində Ukraynanın müdafiə naziri Rustem Umerov, Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapa, prezidentin həyat yoldaşı Yelena Zelenskaya, Türkiyə parlamentinin sədri Mustafa Cemilev və "Baykar" Türkiyə müdafiə şirkətinin sahibi Haluk Bayraktar iştirak edib.

Ada sinifli korvet “Getman Ivan Vqovsky” ilk səfərə 2026-cı ildə çıxacaq. Gəmi 2027-ci ilin birinci rübündə sifarişçiyə təhvil verilməlidir.

Qeyd edək ki, bu, Türkiyədə Ukrayna hərbi donanması üçün tikilən ikinci gəmidir. 2022-ci ilin oktyabrında İstanbulda, Ukrayna donanmasının flaqmanı olacaq “Hetman İvan Mazepa” adlı oxşar sinifin ilk korveti suya buraxılıb, bu yaz sınaqdan keçirilib.

Ukraynanın Ada sinifli korvetlərinin həcmi 2400 tonu ötür, maksimal sürəti 29 düyün, üzmə məsafəsi isə 3500 mil, tam heyət - 106 nəfərdir.

Korvetlər İtaliya istehsalı olan 76 mm-lik Super Rapid dəniz artilleriya qurğusu, 12,7 mm-lik uzaqdan idarə olunan STAMP qurğuları və Harpoon gəmi əleyhinə raketləri ilə silahlanıb. Gəmilərdə həmçinin vertolyot üçün anqar və aşağıdakı sistemlər var: atəşə nəzarət, torpedo hücumlarından qorunma, elektron müharibə, peyk rabitəsi və dipol tıxacları. Bundan əlavə, belə gəmilərdə taktiki naviqasiya radarı və hava hədəflərini aşkar etmək üçün radar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR