İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin qaz idxalı rekord həddə çatdı: Anbarları sürətlə boşalır

Bu qış Türkiyədə su elektrik stansiyalarında enerji istehsalı iki dəfə azalıb. Bu, ölkənin qaz istehlakının rekord həddə qədər artmasına səbəb olub: elektrik enerjisi tələbatını ödəmək üçün qazla işləyən elektrik stansiyalarında istehsalı artırmaq lazım gəlir.

Musavat.com xəbər verir ki, ona görə də bütün təbii qaz kəmərlərinin nəql imkanlarından tam istifadə olunur.

O cümlədən Rusiyadan (Qazpromdan) və Azərbaycandan mümkün olan bütün həcmlər alınır. Yalnız İrandan tədarüklər azalıb ki, bu da əvvəllər də olduğu kimi, İranın özündə qaza tələbatın artmasının nəticəsi hesab edilir.

Mövcud boru kəmərləri ilə idxal tələbatı tam ödəyə bilmədiyi üçün Türkiyə LNG idxalını da aktiv şəkildə artırır. 2024-cü ilin iyunundan oktyabr ayına qədər ölkə məhdud həcmdə mayeləşdirilmiş təbii qaz alıb - yalnız Əlcəzairdən uzunmüddətli müqavilə əsasında. Noyabr ayından etibarən isə Amerika və digər mənbələrdən də maye qaz almağa başlayıb. Türkiyə demək olar ki, 1 milyon ton, dekabrda isə 2,3 milyon ton (ölkə tarixində mütləq rekord) LNG idxal edib.

ABŞ Energetika Nazirliyinin hesabatında Türkiyə noyabr və dekabr aylarında LNG-nin ən böyük milli alıcısı kimi göstərilib. Bura həmçinin Türkiyənin mövcud müqavilələr əsasında alaraq başqa ölkərə reixrac etdiyi həcmlər də daxildir.

Ölkənin Enerji Bazarını Tənzimləmə Şurası (EPDK) noyabr və dekabr aylarında Türkiyəyə spot daşıma tədarükçüləri sırasında Rusiya (dekabrda iki tədarük), İspaniya (yenidən ixrac), Nigeriya, Ekvatorial Qvineya və Norveçin adını qeyd edib.

EPIAS milli enerji birjasının cari məlumatları göstərir ki, 2025-ci ilin yanvar və fevral aylarında Türkiyə aşağı hidroenerji istehsalı fonunda qaz idxalını yüksək səviyyədə saxlayır. Bundan əlavə, ölkədə yeraltı anbarların qaz ehtiyatlarından fəal şəkildə istifadə olunur ki, bu da yayda onun idxalına əlavə tələbat yaradacaq.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan Türkiyəyə 700 milyon kubmetr qaz ixrac olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR