İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin önü yenə Vyana qapısında kəsilir - Kansler ölkənin Aİ-yə üzvlüyünə qarşıdır

Avstriya kansleri Karl Nehammer Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların bərpasına qarşı çıxıb və icma hakimiyyətlərini Brüssel və Ankara arasında əməkdaşlıq üçün yeni format hazırlamağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, Welt qəzetinə müsahibəsində bildirib.

“Biz Ankara ilə Brüssel arasında daha da yaxınlaşmanı dəstəkləyirik, lakin Türkiyənin Aİ-yə tam üzv olması bizim üçün mümkün görünmür”, - Nehammer bildirib. “Bizim bir-birimizə ədalətli davranmağımız vacibdir və bu, uzun illərdir dondurulmuş Aİ-yə üzvlük danışıqlarına rəsmi şəkildə son qoymaq və qonşuluq əməkdaşlığı üçün yeni konsepsiya hazırlamaqdan ibarətdir”.

Bu kontekstdə kansler Aİ ilə Türkiyə arasında “iqtisadi və siyasi məsələlərdə qarşılıqlı etimad və əməkdaşlığa” əsaslanan yeni tərəfdaşlığın yaradılmasını müdafiə edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ-ni belə bir fürsət olduğu halda respublikanın üzvlük müraciətini təsdiqləməyə çağırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR