Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün vəzifəyə başladı
Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.
Qeyd edək ki, Birol Akgün 2024-cü il yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Əvvəlki səfir Cahit Bağçının 2024-cü il dekabrın 14-də Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatıb.
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ