İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli nazir: “Zəngəzur dəhlizi layihəsinin reallaşması Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq”

“Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanıram”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək”, - nazir vurğulayıb.

Abdulkadir Uraloğlu deyib ki, Bakı-Tbilisi-Qars xətti ilə Türkiyədən Avropanın bir çox nöqtəsinə, o cümlədən qərbdə Bolqarıstan, Macarıstan, Almaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Serbiya və Fransaya, Şərqdə İran, Əfqanıstan və Pakistana, şimalda Rusiyaya, Asiyada Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Çinə yük qatarları göndərilir:

“İndi biz Zəngəzur Dəhlizi və “İnkişaf yolu” layihələri ilə iki yeni beynəlxalq xətti həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq”.

Nazir qeyd edib ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dəmiryolu sahəsində yeni dövr başlayıb. O, dəmir yolu şəbəkəsinin 14 min kilometrə çatdığını söyləyib. Onun sözlərinə görə, dəmiryolu sürətli və rahat səyahət istəyənlərin ilk ünvanıdır.

Mənbə: sondakika.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR