Onlayn ictimai-siyasi qəzet
Türkiyənin FETÖ-yə qarşı mübarizəsi terrorçubaşı Fətulla Gülən ilə məhdudlaşmır.
“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
O bildirib ki, rəsmi Ankaranın FETÖ-yə qarşı mübarizəsi bundan sonra da davam edəcək: “Fətullah Gülərin ölümü mübarizəmizin qətiyyətinə heç bir təsir göstərməyəcək. Əksinə, mübarizəmiz eyni əzmkarlıqla davam edəcək”.
Nazir söyləyib ki, Türkiyə başda məhkəmə sistemi olmaqla, müxtəlif səviyyələrdə FETÖ-yə qarşı mübarizəni dayandırmayacaq: “Biz milli iradəyə qarşı müharibə aparan bu xəyanət şəbəkəsinin qalıqlarını təmizləməkdən, dövlətimizin sülh və təhlükəsizliyi üçün lazım olan addımlardan əsla imtina etməyəcəyik. Xain təşkilatın hər bir üzvü ədalət qarşısında mütləq hesab verəcək”.
Qeyd edək ki, F.Gülər bu gün ABŞ-da ölüb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ