Onlayn ictimai-siyasi qəzet
"Əl-Hilal"ın braziliyalı futbolçusu Neymarın 2 aylıq sıradan çıxdığı bildirilir.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu noyabr və dekabr aylarında komandasına kömək edə bilməyəcək.
Neymarın zədəsinin ciddi olduğu bildirilir. Təcrübəli futbolçunun müalicəsi davam edir.
Xatırladaq ki, "Əl-Hilal"ın və Braziliya millisinin 32 yaşlı sol cinah müdafiəçisi Neymar "Esteqlal"la matçda 57-ci dəqiqədə (3:0) meydana daxil olub.
Lakin 86-cı dəqiqədə zədələnən Neymar ayağını tutaraq meydanı tərk edib.
Qeyd edək ki, Neymar bir il ərzində cəmi iki oyunda meydana çıxıb.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ