Onlayn ictimai-siyasi qəzet
Musavat.com xarici mediaya əsasən xəbər verir ki, ABŞ-ın Nyu Meksiko Texnologiya İnstitutunun alimləri qeyri-adi bir layihə ilə çıxış ediblər: təbiəti izləmək üçün ördək və göyərçin dronları hazırlayırlar!
Xüsusi olaraq ölmüş quşların təbii bədən quruluşundan istifadə edilərək hazırlanan bu dronlar ətraf mühitlə tam uyğunlaşa bilir və vəhşi təbiətə qarışaraq izləmə işlərini həyata keçirir.
Layihənin rəhbərləri bildirirlər ki, bu dronlar quşların təbii uçuş modelini və davranışını təqlid edir. Maraqlısı odur ki, alimlər heyvanları bu məqsədlə öldürmürlər, sadəcə taksidermistlərlə əməkdaşlıq edərək bazarda tapılan quş müqəvvaları və lələklərini istifadə edirlər. Bu “canlı” dronların vəhşi təbiətə necə təsir edəcəyi isə maraqla gözlənilir!
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ