İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli iş adamından şəhid övladları üçün yeni layihə - VİDEO

Azərbaycan sevdalısı, türkiyəli iş adamı Sabahattin Civelek Şuşaya səfər edib. Mədəniyyət paytaxtı olan Şuşa şəhərini gəzən iş adamı Cıdır düzündə olub.

Sabahattin Civelek deyir ki, birlik və bərabərlik sayəsində Türkiyədəki zəlzələnin yaratdığı dağıntı, qəlbimizə vurduğu ağrı-acının öhdəsindən gələcəyik. Azərbaycanda isə ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələrini bərpa edəcəyik. Onun ən böyük layihəsi isə atalarını itirən şəhid övladları ilə bağlıdır.

Qeyd edək ki, türkiyəli iş adamı Sabahattin Civelek Azərbaycanda köhnə “VAZ-2107”si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirliyə əvvəlcə maşın hədiyyə etməsi, sonra isə evinin tikinti işlərinin xərcini öz üzərinə götürməsi ilə tanıdı. Elə iş adamının Şuşaya səfəri də Sərvər Bəşirlinin ailəsinə qonaq olduqdan sonra baş tutub.//APA TV

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR