İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli general: “Azərbaycan əsgərinə atılan hər mərminin misli ilə qisası alınmağa davam edəcək”  


“Atəşkəs imzalanmasından 34 ay keçib və bu müddət ərzində Ermənistan atəşkəs anlaşmasını sülh müqaviləsinə çevirməkdən başqa hər cür yalan, iftira, müxtəlif manevrlər etməyə davam etdi”.

Bu sözləri Musavat.com-a açıqlamasında ehtiyatda olan Türkiyə generalı Yücel Karauz Ermənistanın Basarkeçər rayonunun Zod istiqamətində törətdiyi təxribatlara münasibət bildirərkən deyib. Türkiyəli general Ermənistanın hər zaman prosesləri mürəkkəbləşdirdiyini qeyd edib:

“Ermənistan bir tərəfdən prosesləri mürəkkəbləşdirməyə, işin içinə Brüsseli, Amerikanı, Rusiyanı salmağa, digər tərəfdən isə terrorist varlığına son verməyərək terror fəaliyyətləri törətməkyə davam etdi. Bu, qəbuledilməzdir!

Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq öz haqlarından sona qədər istifadə edir və bir tərəfdən də sülh üçün əlindən gələni etməyə çalışır. Amma artıq Azərbaycanın və Türkiyənin bu məsələ ilə bağlı Ermənistana göstərmiş olduğu səbrin sonu gəlib. Azərbaycan əsgərinə atılan hər mərmi misli ilə qisası alınıb və alınmağa da davam edəcək.

Türkiyə keçmişdə olduğu kimi, bu gün də Şuşa Bəyannaməsinin qaydalarını yerinə yetirməyə hazırdır. Ermənistanın anladığı tək bir dil vardır, başına endirilən “Dəmir yumruq”. Azərbaycanın ərazi bütövlüyünə yönəlik hər cür hazırlıq, təhdid öz cavabını alacaq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR