İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli fenomen cütlüyün 195 ilə qədər həbsi tələb olunur

Dələduzluqda ittiham olunan instaqram platformasında "Var böyle tipler" səhifəsinin rəhbərləri - fenomen Kıvanç Talu və həyat yoldaşı Beril Talunun 195 ilə qədər həbsi tələb olunur.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq yekunlaşıb. İstintaq zamanı Kıvanç, Beril və onun atası Ertan Koçun 13 nəfərə 3 milyon 17 min lirə atdığı (150 min 521 manat) ortaya çıxıb.

Prokurorluq onlar barəsində dələduzluq maddəsi ilə hər birinə 58 ildən 195 ilə qədər həbs olunmaları tələbi ilə iddia qaldırıb. Şübhəlilər yaxın günlərdə Anadolu 4-cü Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaqlar.

Qeyd edək ki, ikili qaçmazdan dörd gün əvvəl aldatdıqları insanları evlərinə yığaraq onlar üçün məclis təşkil ediblər. 4 yanvar tarixində ölkəyə qayıdan Kıvanç və Beril polisə təslim olub. Onlar yanvarın 5-də dövlət daxilində fırıldaqçılıq ittihamı ilə həbs edilib.

Kıvanç "Çok Güzel Hareketler 2"nin üzvü olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR