Onlayn ictimai-siyasi qəzet
Türkiyə Mərkəzi Bankı ehtiyaclara uyğun olaraq yeni pul nişanlarının çapına başlamaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, Türkiyə mətbuatında tezliklə dövriyyəyə buraxılması gözlənilən 500 TL və 1000 TL-lik əskinasların ilkin görüntüsü yayılıb.
200 TL DƏYƏRİ 6 DOLLARDIR
Araşdırmalar göstərir ki, 200 TL-lik əskinasın dəyəri günbəgün azalır. Bu yaxınlarda edilən müqayisədə 20 ölkənin ən yüksək əskinaslarının dəyəri dollarla müqayisə edilib və Türkiyə 19-cu yerdə qərarlaşıb. 200 TL-nin orta dəyəri təxminən 6 dollardır. Bu vəziyyət həm turistlər, həm də ticarətçilər üçün böyük çətinliklər yaradır.
Xəbərdə bildirilir ki, 500 TL və 1000 TL əskinaslar sayəsində alış-verişi və ticarəti daha praktik hala gətirmək hədəflənir. Bu inkişaf həm vətəndaşlar, həm də turistlər üçün müsbət addım hesab olunur. Lakin hələlik yeni əskinasların çapına başlanmayıb. Zərbxanalar Mərkəzi Bankdan icazə aldıqdan sonra çap prosesinə başlayacaq.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ