İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK ƏMƏLİYYAT: İŞİD lideri SAXLANILDI

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) və Pakistan kəşfiyyatı birgə keçirdiyi əməliyyatla narıncı kateqoriyada axtarışda olan İŞİD liderlərindən biri Özgür Altunu Pakistan-Əfqanıstan sərhədində saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Məlumatda bildirilir ki, Altun Avropa və Mərkəzi Asiyadan İŞİD üzvlərinin Əfqanıstan və Pakistana köçürülməsini təşkil edib. O, təşkilatın media, maliyyə, logistika və insan resursları üzrə məsul şəxslərindən biri olub.

Altun Avropa və Türkiyədə dinc əhalinin sıx toplaşdığı yerlərdə terror aktları həyata keçirilməsi ilə bağlı əmrlər verib, dünyada müxtəlif insanları bu cür fəaliyyətlərə çağırıb. Təhlükəsizlik qüvvələri ondan İŞİD-ə aid fəaliyyət planları və müxtəlif materiallar ələ keçiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR