İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə seçkilərin 2-ci turu keçirilsə... - Bu ölkəni gözləyən ŞOK SSENARİ

"Türkiyə prezident seçkilərinin ikinci turunu keçirsə, İsveçin NATO-ya daxil olması gecikə bilər".

Musavat.com xəbər verir ki, bu barədə İsveçin "Svenska Dagbladet" nəşri yazıb.

Məqalədə qeyd olunub ki, İsveçin NATO-ya üzv olması üçün keçiriləcək Vilnüs sammitinə (11-12 iyul) getdikcə daha az vaxt qalır və bu ölkənin alyans üzvü olması prosesi yenə risk altına düşür.

Stokholm Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Aras Lindh deyib ki, Ankaranın İsveçin NATO-ya üzv olmasını əvvəlcədən ratifikasiya etməsi texniki cəhətdən mümkündür, lakin iki ölkə rəsmilərinin “bir araya gəlməsi” üçün çoxlu səbəb var.

“Svenska Dagbladet”in yazdığına görə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan və onun Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi seçki kampaniyasında İsveç blokadasının başa çatması demək ola bilər: "İsveçin yeni və daha sərt antiterror qanunu iyunun 1-də qüvvəyə minir və bu, Ankaranın Stokholmun NATO-ya üzvlüyünü qəbul etməsi üçün siqnal ola bilər".

Digər tərəfdən, nəşr Ərdoğanın İsveçdən qanun deyil, detallar, yəni siyasi mühacirlərin deportasiyasını tələb etdiyini xatırladıb.

Məqalədə qeyd olunub ki, İsveçin NATO-ya müraciətinin ratifikasiyası ilə bağlı müsbət danışan müxalifət qalib gəlsə, onun parçalanması problem yarada bilər: "Müxalifət altı çox fərqli partiyadan ibarətdir, ona görə də hakimiyyətin dəyişdirilməsi mürəkkəb ola və uzun vaxt apara bilər".

pierwsze-wyniki-wyborow-prezyden.jpg (132 KB)

“Dagens Nyheter” nəşri isə Türkiyədə keçirilən prezident seçkilərində seçicilərin, demək olar ki, bərabər iki düşərgəyə bölündüyünə diqqət çəkib: "Onlar fərqli şeylər istəyirlər və əlavə olaraq yenidən səsverməyə getməlidirlər". İsveç mediası qeyd edir ki, ən böyük təhlükə seçicilərin bölünməsidir ki, bu, ölkədə sabitliyi poza bilər.

Musavat.com olaraq xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra İsveç polisinin Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Ankaranın Stokholmdakı səfirliyi qarşısında Quran yandırmağa icazə verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verərək bəyan edib ki, İsveç NATO-ya müraciət baxımından Türkiyədən yaxşılıq gözləməsin: "Küçələrdə terror təşkilatlarını gəzdirib, sonra bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin".

NATO-ya üzv olmaq istəyən İsveç Türkiyədən aldığı sərt reaksiyalardan sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Ankara ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklərinə, o cümlədən PYD/YPG və FETÖ-yə dəstək verməyəcəklərinə söz verib. Belə ki, İsveçin baş naziri Ulf Kristersson İsveçin terror təşkilatı PKK-ya qarşı daha sərt tədbirlər görməyə başladığını və terrorla bağlı yeni qanun layihəsinin 1 iyunda qüvvəyə minəcəyini bildirib. “Bu qanunla terror təşkilatlarına qoşulmaq və maliyyə ilə təmin etmək qadağan olunacaq” - Kristersson deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR