İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə qasırğa zəlzələ qurbanlarının çadırlarını uçurdu - 1 ölü, 50 yaralı - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda tüğyan edən qasırğa fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkənlərin müvəqqəti qaldığı çadırlara ciddi ziyan vurub.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, fevralın 6-da baş vermiş zəlzələ zamanı zərər çəkmiş binaların damlarından düşən daş parçaları insan itkisinə və bəzi sakinlərin xəsarət almasına səbəb olub. Güclü qasırğa zəlzələdən sağ çıxanların saxlandığı çadırların bəzilərini uçurub.

Əraziyə təcili yardım və xilasetmə qrupu göndərilib, yaralılar xəstəxanalara aparılıb.

Son məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb, 50 nəfər yaralanıb. Səhiyyə naziri Fahrettin Koca Kahramanmaraşda fırtına nəticəsində 1 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR