İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə otellərdə “hər şey daxil” sisteminin ləğvi gözlənilir

Türkiyənin kurort otellərində “hər şey daxil” sisteminin ləğvi rusiyalı turistlərin sayının azalmasına səbəb olmayacaq.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu noyabrın 15-də ölkənin Kiçik Otelçilər Assosiasiyasının prezidenti Ertan Ustaoğlu deyib.

“Düşünmürəm ki, bu sistemin ləğvi turistlərin azalmasına töhfə verəcək”, - deyə o, RİA Novosti-yə bildirib.

Ustaoğlunun sözlərinə görə, “hər şey daxil” sistemi “yorğunluq hissi keçirir” və vəziyyət də narahatedicidir.

Bundan əvvəl, oktyabrın 15-də bildirilmişdi ki, türk iş adamları səmərəsiz olduğundan gələcəkdə “hər şey daxil” sistemi ilə işləyən otellərin sayının azaldılmasını təklif ediblər. “Hər şey daxil” çox böyük həcmdə məhsulların xarab olmasına gətirib çıxarır ki, bu da otellərdə tam satıla bilməz. Çünki hər boşqabdan 200-400 qram yemək qalığı zibilliyə atılır.

Gələcəkdə otellər istirahət edənlərin qidalanmasının yeni sxeminə keçməyə çalışacaqlar. Seçimlərdən biri restoratorlarla əməkdaşlıq ola bilər. İstək budur ki, hər kəs yeyə biləcəyi qədər yemək sifariş versin və pulunu ödəsin. Belə olduqda heç kəs yeməyəcəyi yeməyi sifariş edib artıq pul ödəməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR