İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə narkotiklərə qarşı əməliyyat nəticəsində 2 000-ə yaxın şübhəli saxlanılıb

Türkiyənin 72 əyalətində narkotiklərə qarşı iki həftə keçirilən əməliyyat nəticəsində 1 933 şübhəli saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Nazir qeyd edib ki, Türkiyə Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin Narkotiklə Mübarizə İdarəsinin koordinasiyası ilə narkotik maddə satıcılarına qarşı son 2 həftədə əməliyyat keçirilib.

Bu tədbir Bursa, Adana, Qaziantep, İzmir, İstanbul və Ankara da daxil olmaqla 72 əyalətdə reallaşıb. Əməliyyat nəticəsində 927 kiloqram narkotik maddə, bir milyon 296 min ədəd narkotik həb ələ keçirilib.

Əli Yerlikayanın sözlərinə görə, əməliyyata üç min 720 dəstə, altı min 130 şəxsi heyət, 21 hava vasitəsi və 62 narkotik dedektoru it iştirak edib

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR