İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN rəhbəri: Artıq hamıya məlumdur ki, Azərbaycanla sülh qurmuşuq

Ermənistan və Azərbaycan sülh bağlayıb və indi münasibətlərin tam normallaşdırılması üçün səy göstərir.

Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Fransada keçirilən 4-cü Feminist Diplomatiyası üzrə Nazirlər Konfransı çərçivəsində panel müzakirəsində bildirib.

"Artıq hamıya məlumdur ki, biz Azərbaycanla sülh qurmuşuq. İndi hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün daha çox səy göstərir. Beləliklə, rəsmi sazişlərin imzalanması və konkret həllərin hazırlanması istiqamətində hökumətin səyləri ilə yanaşı, cəmiyyətlərin barışmasına da böyük zərurət var", - o qeyd edib//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR