İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artıb

Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artaraq 5-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd olunub ki, xəstələrdən dördünün müalicəsi başa çatıb. Bir nəfər isə karantinə alınıb.

Xəstəlik müddətində yoluxanların yaxınları da müvəqqəti təcrid olunublar.

Türkiyə üçün bu xəstəliklə bağlı heç bir epidemiya riskinin olmadığını deyən nazir bunun səbəbini virusun qapalı mühitdə çox yaxın təmas və ya uzunmüddətli təmas vasitəsilə keçməsi ilə izah edib.

Qeyd edək ki, Türkiyədə ilk yoluxma faktı iyunun 30-da qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR