İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə əcnəbilərə ev satışı kəskin azalıb

2024-cü ilin iyul ayında Türkiyədə xaricilərə 2350 mənzil satılıb ki, bu da bir il əvvəlkindən 16,1 faiz azdır.

Musavat.com Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Türkiyədə 2,8 min əcnəbi daşınmaz əmlak almışdı. Statistikaya əsasən, ümumilikdə yanvar-iyul aylarında Türkiyədə xarici vətəndaşlara ev satışının tempi 42 faiz azalaraq 12 811 ədəd olub.

İyulda Türkiyədə ümumilikdə 127 088 mənzil satılıb ki, bu da 2023-cü illə müqayisədə 16 ədəd azdır.

Ötən ay Rusiya vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarına görə ilk yeri tutmağa davam ediblər. Onlar bir ay əvvəlki 332 ilə müqayisədə iyulda 485 mənzil alıblar.

İkinci yerdə Ukrayna (171), üçüncü yerdə Almaniya vətəndaşları (162) qərarlaşıb. Əvvəllər il ərzində üçüncü yeri İran vətəndaşları tuturdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR