İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dağılan evlərdən oğurluq edən şəxs həbs edildi - FOTO

Türkiyənin zəlzələ bölgəsini əhatə edən şəhərlərdə dağılan evlər qarət edilir. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq edən şəxslərdən biri Şanlıurfa bölgəsində aşkarlanıb. Poilslər ətrafda şübhələndikləri şəxslərin kimliyini araşdırıb. 

Bu zaman onlardan birinin polis üst geyimi geyinərək bölgədə qarətlə məşğul olduğu müəyyənləşib. 

Sözügedən vətəndaş polislər tərəfindən tutularaq, həbs edilib. 

Xatırladaq ki, bu Şanlıurfada zəlzələ baş verdikdən sonra yaşanan ilk olay deyil. Bundan əvvəl də özünü yardım qurumunun əməkdaşı kimi təqdim edən şəxsin ərazidə oğurluqla məşğul olduğu ortaya çıxmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR