İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə bahalaşan tətilə alternativ göstərildi - Seyşel, Maldiv, Tayland...

Bu il rusiyalı turistlər Türkiyədə bahalı otellərdə dincəlmək imkanından başqa, digər istirahət növləri də tapmaq imkanı qazanıblar.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bu barədə FAN PANTEON turoperatorunun nümayəndəsi Nadejda Tarbayeva məlumat verib.

Tarbayeva bildirib ki, Türkiyədə istirahətin baha olması rusiyalıları başqa seçimlər etməyə vadar edir.

O, əvəzedici kimi Maldiv adalarını təklif edib, çünki yayda kurort 30-40% endirimlər edir, 12 yaşa qədər uşaqlar üçün pulsuz yemək və güzəştli yaşayış imkanı yaradır.

Şri-Lanka əvəzinə Tayland da ekspertin təkliflər siyahısına daxil olub. Turistlər Taylandda yaxşı otellər və bu ölkəyə getmək üçün sərfəli aviabilet tapa bilərlər. Digər seçimlərə birbaşa uçuşla çatmaq üçün Seyşel adaları və Mavrikiyia daxildir.

MTS Travel-in hesabatı göstərir ki, Rusiya Federasiyasında bu il Türkiyə əvəzinə tətil üçün bir neçə alternativ var. Onların arasında Gürcüstan, Ermənistan, Abxaziya, BƏƏ və Özbəkistan da var. 

Qeyd edək ki, ötən illərdə regionda ən ucuz qiymət və ən yüksək xidmət təklif edən Türkiyə otelləri bu il qiymət siyasətlərini dəyişiblər və onların əsas turist bazası olan ruslar başqa alternativlər axtarmağa başlayıblar. Bunun Türkiyə turizminə ciddi zərər vuracağı göszlənilir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR