İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə arvadını öldürən şəxsdən etiraf: "Oğlumun şalvarı ilə..." - FOTO

Türkiyənin Manisa şəhərinin Yunusemre rayonunda boşanma prosesində olduğu həyat yoldaşı Selda Elleri öldürən Gökhan Eller ilk iclasda hadisənin qandonduran təfərrüatını açıqlayıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs arvadını oğlunun şalvarı ilə boğduğunu etiraf edib.

Bələdiyyə işçisi Gökhan Eller və gözəllik salonu işlədən Selda Eller razılıq əsasında boşanmağa qərar veriblər. Selda Eller ərinə telefonla zəng edərək əşyalarını götürməsini istəyib. Gökhan Eller evə gedib, mübahisə zamanı arvadını boğaraq öldürüb. Daha sonra polisə gedərək təslim olub və qətli etiraf edib. O, ilkin ifadəsində həyat yoldaşını oğlunun şalvarı ilə boğduğunu deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR