İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə artan inflyasiya Azərbaycana NECƏ təsir edir? - VİDEO

Türkiyədə illik inflyasiya durmadan artır.

Xezerxeber.az-ın məlumatına görə, qardaş ölkədə illik inflyasiya aprel ayında 70%-ə yüksəlib.

Bu isə Türkiyədə qiymətlərin artmasına gətirib çıxarır. Xüsusilə geyim, ayaqqabı və təhsil sektorunda ciddi bahalaşma müşahidə edilir.

İqtisadçı ekspertlər bildiriblər ki, Türkiyədə baş verən inflyasiya onun ticarət partnyorlarına da təsirsiz ötüşmür.

Qardaş ölkə Azərbaycanın idxal və ixracında mühüm rol oynayır.

Faktiki olaraq Türkiyə Azərbaycana idxalda ilk üçlükdədir. Ekspertlər qeyd ediblər ki, inflyasiya səbəbindən ötən ilin eyni ayına nisbətən ən az artım 51% ilə geyim və ayaqqabı qiymətlərində olub.

Xüsusilə bu ölkədə istehsal olunan həmin mallara Azərbaycan alıcılarının tələbatı böyükdür.

Ekspertlərin fikrincə, bahalaşma ən çox azərbaycanlı tələbələrə mənfi təsir edəcək. Belə ki, təhsil xərcləri ilə yanaşı kirayə qiymətləri də durmadan artmaqdadır.

Bununla belə ilin ikinci yarısından başlayaraq Türkiyədə inflyasiyanın getdikcə aşağı düşəcəyi ehtimal edilir.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR