İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 5 vilayətdə yanğın davam edir, vətəndaşlar təxliyə olunur

 

Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) İzmir, Aydın, Bolu, Muğla və Manisada baş verən meşə yanğınları ilə bağlı açıqlama verib. Açıqlamada bu əyalətlərdə davam edən yanğınsöndürmə işlərində 90 təyyarə, 4 min 717 personal və 1218 nəqliyyat vasitəsinin iştirak etdiyi bildirilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ehtiyat tədbiri olaraq ümumilikdə 3583 vətəndaş təhlükəsiz bölgələrə təxliyə edilib. İzmirdə hər hansı təxribat aşkar edilmədiyi və yanğına piknik üçün ocaq yandıran insanların səbəb olduğu qeyd edilib. AFAD-ın sosial media hesabından edilən açıqlamada ölkənin müxtəlif bölgələrində davam edən yanğınlara nəzarət etmək üçün bütün əlaqədar qurumların hava və qurudan müdaxilələrinin fasiləsiz davam etdiyi bildirilib.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı isə İzmirin Karşıyaka mahalına bağlı Yamanlar Karatəpədə meşəlik ərazidə ötən axşam başlayan və güclənən yanğınla bağlı açıqlama verib. Yumaklı açıqlamasında deyib ki, İzmirdə meşə yanğınına səbəb insanların piknik üçün ocaq yandırması olub. Yumaklı  İzmirdəki yanğınlarla əlaqədar 3 nəfərin tutulması üçün işlərin davam etdiyini, Ödəmişdə 2, Boluda isə 4 nəfərin saxlandığını açıqlayıb. “Yanğınlarla bağlı təxribat faktı aşkar edilməyib. Hər hansı bir təsbit olarsa, valiliyimiz bunu açıqlayacaq” deyə Yumaklı əlavə edib.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR