İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN başçısı Azərbaycan qazının dünya bazarına çıxarılmasından danışıb

“Hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, dünyadakı münaqişələrin 60 faizi Türkiyənin olduğu regionda baş verir: “Türkiyə “taxıl böhranı” razılaşması ilə ərzaq böhranını həll etdi. Bu gün enerji böhranının həll edilməsində mühüm rol oynayırıq”.

Çavuşoğlu bildirib ki, Türkiyədən gözləntilər böyükdür: "Hər kəsin gözü, qulağı bizdədir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR