İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə, Rusiya və Ukrayna humanitar dəhlizin açılmasını müzakirə edəcək

Rusiya, Türkiyə və Ukrayna ombudsmanları Moskva ilə Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ankara vasitəçilik etmək və Ukraynada döyüşlərdən zərər çəkən uşaqlar, qadınlar və yaralılara yardım göstərmək istəyir.  Bu təkliflə Türkiyənin ombudsmanı Şeref Malkoç çıxış edib. 

Bildirilir ki, bu mexanizm qurularsa, on minlərlə uşaq Türkiyə vasitəsilə təhlükəsiz şəkildə ailələrinə qovuşacaq. Malkoç vurğulayıb ki, Türkiyənin taxıl dəhlizindən sonra ailələrin, qadınların, uşaqların və yaralıların qovuşması üçün dəhliz açmaq niyyəti var.

Bundan əvvəl məlum olub ki, Rusiyadakı insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Ukraynanın ombudsmanı Dmitri Lubinets ilə görüşüb, humanitar yardımın göstərilməsini müzakirə ediblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR