İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə, Rusiya, İran və Suriya prezidentləri yaxın vaxtlarda görüşə bilərlər

Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında mümkün görüş yaxın vaxtlarda baş tuta bilər.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın bu barədə CNN Türk telekanalının efirində Ankara-Dəməşq münasibətlərinin normallaşdırılması planının hazırlanması məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyədəki seçkilərdən sonra suriyalı qaçqınların vətənlərinə qaytarılması hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

“Dördtərəfli danışıqlar nəticəsində qaçqınların qaytarılması planı hazırlanacaq. İran və Rusiya mövqeyimizi bilir. Danışıqlar zamanı zəmanətlər müəyyənləşəcək. Suriya Prezidenti Bəşər Əsəd ümumi amnistiya elan etsə də, xalq ona inanmır”, - deyə İbrahim Kalın vurğulayıb. Türkiyə Prezidentinin nümayəndəsi qeyd edib ki, yaxın vaxtlarda suriyalı qaçqınların geri qaytarılması qrafiki hazırlanacaq.

Qeyd edək ki, mayın 10-da Moskvada Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirləri Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı danışıqlar aparıb. Görüşdə qaçqınların könüllü və təhlükəsiz şəkildə geri qaytarılması yolları, həmçinin Suriya münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli müzakirə olunub. Tərəflər münasibətlərin normallaşdırılması prosesinin yol xəritəsini hazırlamaq üçün xüsusi komitə formalaşdırmaq barədə razılığa gəliblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR