İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə Rusiya ilə ticarətdə dollardan imtina etməlidir" - TƏKLİF

Türkiyə enerji ticarətində Rusiya və İranla dollar hesablaşmalarından imtina etməlidir.

Musavat.com “Aydınlık” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin Ana Vətən Partiyasının sədr müavini, iqtisadi siyasət şöbəsinin müdiri Hakan Topkurulu deyib.

"Partiyamızın "istehsal inqilabı" adlandırdığı və struktur problemlərini də aradan qaldıran radikal həllin açarı olan istehsal iqtisadiyyatı modelinə keçməyə təcili ehtiyac var", - Topkurulu bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici valyutaya ehtiyacı ilə bağlı məsələni həll etmək asandır. Məsələn, dollardan istifadəni aradan qaldıraraq mal mübadiləsi üsulunu inkişaf etdirmək olar.

O əlavə edib ki, oxşar sxem əvvəllər İranla da həyata keçirilib. Eyni zamanda, ötən il ölkənin valyutaya ehtiyacı 48 milyard dollar səviyyəsində olub.

Ölkənin statistika xidmətinin analitiklərinin məlumatlarına görə, ötən ilin dekabrında Türkiyə mal və məhsullarının Rusiyanın daxili bazarına ixracının həcmi rekord həddə - 1,3 milyard dollara çatıb. Eyni zamanda, 2022-ci ilin martında bu rəqəm 1,05 milyard dollar səviyyəsində olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR