Onlayn ictimai-siyasi qəzet
Rusiya və Türkiyə qaz habının yaradılması üçün hüquqi bazanı hazırlayacaq işçi qrup formalaşdıracaq.
Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya lideri Vladimir Putin deyib.
O bildirib ki, işçi qrup qaz habının fəaliyyətini tənzimləyəcək hüquqi bazanı hazırlayacaq.
Rusiya prezidentinin sözlərinə görə, artıq “Qazprom” layihənin reallaşması üçün yol xəritəsini “Botaş”a təqdim edib. İşçi qrup həmçinin hərracların sxemini, qazın paylanma mexanizmini hazırlayacaq.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ