Onlayn ictimai-siyasi qəzet
Türkiyə ordusu Suriyanın şimalında yerləşən Suluk kəndinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Bildirilib ki, kəndin cənub əraziləri bombalanıb. Kanal əlavə məlumat vermir.
Yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında PKK-nın 32 silahlısını məhv edib.
Qeyd edək ki, Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir.
Şahanə Rəhimli
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ