İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 3-də əməliyyat bölgəsində əldəqayırma qumbaranın partlaması nəticəsində ağır yaralanan baş gizir Muhammed Emin Önk bu gün şəhid olub.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər şəhidin ailəsinə başsağlığı verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR