Onlayn ictimai-siyasi qəzet
"Neftçi"nin 14 yaşadək komandasının qapıçısı Said Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.
Belə ki, qardaş ölkənin 3 klubu qolkiperin xidmətində maraqlıdır.
Söhbət İstanbul nəhəngləri olan "Fənərbaxça", "Qalatasaray" və Adana təmsilçisi "Adana Dəmirspor"dan gedir.
2011-ci il təvəllüdlü qapıçı futbolun sirlərini öyrənməyə ilk olaraq "Neftçi"də İslam Kərimovun yanında başlayıb. Bir müddət "Qarabağ" akademiyasında sevimli peşəsinə davam edən Said artıq 2 ildi "Neftçi"nin formasını geyinir.
Yaşıdları arasında adından söz etdirən çərçivə qoruyucusunun hansı klubun akademiyasında futbol həyatına davam edəcəyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, istedadlı futbolçu tanınmış qapıçı, "Neftçi", "Xəzər Lənkəran", "Turan Tovuz" kimi klubların şərəfini qorumuş Kamal Bayramovun övladıdır. (sportinfo.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ