İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə müxalifətinin qurduğu koalisiya bu günə qədər nə etdi və niyə dağıldı...

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana qarşı 6 siyasi partiya tərəfindən qurulan koalisiya İYİ Partiya lideri Meral Akşenerin çıxışından sonra faktiki olaraq dağıldı.

Meral Akşener bu qərarını masada yer alan 5 siyasi qüvvənin onun iradəsini həbs etmək istəməsi və heç bir şərtinin qəbul olunmaması ilə əlaqələndirdi.

Belə görünür ki, keçmiş daxili işlər naziri və Böyük Millət Məclisinin sabiq sədr müavini öncədən Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıçdaroğlunu vahid namizədliyinə qarşı çıxıb.

Bunu Meral Akşenerin toplantından sonrakı çıxışndan da görmək olar: "Sonda deyəcəklərimi sizə deyəcəyəm. İyi Partiya sıxışdırılmaq istənilir. Seçim etmək məcburiyyətində qalıb. Buna boyun əyməyəcəyik.Dünən keçirilən iclasda namizədin kim olacağını müzakirə etdik. 5 siyasi partiya Kılıçdaroğlunun namizədliyini dəstəklədi. "Altılı masa" artıq potensial namizədlərin müzakirə oluna biləcəyi ümumi platforması deyil və vahid namizədin təsdiqi üçün işləyən notarius masasına çevrilib".

Meral Akşener arxasınca gözlənilməz şəkildə CHP-nin iki böyük şəhər bələdiyyə başqanına, İstanbul meri Əkrəm İmamoğlu və Ankara meri Mansur Yavaşa çağırışla müraciət edib: "Cənab Mənsur Yavaşa və Əkrəm İmamoğluna burdan çağırış edirəm. Dəyərli başqanlarım, siz millətin iradəsi ilə seçildiniz. Kritik günlər ərəfəsində millət sizi vəzifəyə çağırır. Bu, rədd edilməyəcək, görməzdən gəlinməyəcək bir vəzifədir”.

Lakin məlum olduğu kimi, hər iki bələdiyyə başqanı İYİ partiya liderinin bu çağırışını qəbul etməyib. Buna rəğmən onlaırn hər birinin öz hesabının olduğunu Türkiyədə bilməyən yoxdur.

Siyasi şərhçi Mahmut Övürün qeyd etidiyi kimi, Akşener bununla bağlı fikirlərini hələ martın 2-də bu cümlələrlə ifadə etmişdi:“Bəzən əsl komandir olmaq üçün poqonlardan imtina etmək lazımdır. Kiçik hesabları buraxıb böyük mənzərəni, real təhlükəni görmək lazımdır”.

Yəni əslində Meral Akşenerin Kamal Kılıcdaroğuna dediyi bu idi: “Mən prezidentliyə namizədliyimdən vaz keçdim, indi növbə sənindir”.

Görünür, Akşenerin bu demarşı “masa ortaqları” tərəfindən ciddi qəbul olunmayıb. Məsələn, həm Əhməd Davudoğlu, həm də Ali Babacan ona ciddi dəstək vermədilər.

Burada maraqlı olan digər xüsus keçmiş prezident Abdullah Güllə bağlıdır. Türkiyədə baş verən zəlzələdən cəmi 2 gün sonra, yəni hökumətə yönəlik tənqid fırtınasının tüğyan etdiyi bir zamanda prezident Ərdoğan sabiq dövlət başçısı ilə görüşmüşdü. Bu görüşmənin nəticələri bəlkə də irəlidəki zamanda özünü göstərəcək.

Beləliklə, Türkiyə mətbuatının da təsbit etdiyi kimi, "Altılı masa"da bu vaxta qədər:

Liderlər 100-dən çox ikili görüşmə gerçəkləşdirdi;

6 lider 12 dəfədən çox masa ətrafında toplandı;

Hər iclas sonrası “Millət İttfaqı”nın namizədi Türkiyənin 13-cü prezidenti olacaq” deyildi;

Partiyalararası komissiyalar tərəfindən minlərlə səhifəlik “razılıq mətnləri” tərtib olundu;

Nəticə: Meral Akşener masanı tərk etdi və koalisiya hazırda iflic duruma düşdü.

İndi Türkiyə mətbuatı prezident Ərdoğanın aylar öncə masa ilə bağlı söylədiyi İran atalar sözünü xatırladır: "Nişestend u goftend u ber-hâstend”- “Oturdular, danışdılar, dağıldılar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR