Onlayn ictimai-siyasi qəzet
Türkiyənin kurort şəhəri Belekdə tüğyan edən güclü infeksiyanın təfərrüatları məlum olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, xəstəliyin ikinci günündə Rusiyadan olan, Belek otelində virusa yoluxmuş uşağın qollarında, ayaqlarında və ağzında şiddətli səpkilər əmələ gəlib.
Mənbənin sözlərinə görə, xəstəliyin əlamətləri Koksaki virusuna çox oxşardır. Həkimlər daha əvvəl ilkin olaraq bu xəstəliyə “yuxarı tənəffüs yollarının kəskin infeksiyası” diaqnozu qoymuşdular.
"Uşağın valideynləri onu xəstəxanaya aparıblar, həmin gün bir neçə başqa uşaq və böyüklər də oxşar simptomlarla xəstəxanaya yerləşdiriliblər, lakin yetkin xəstələr qusmadan şikayət ediblər", - məlumatda deyilir.
Qeyd olunur ki, 4 gün qızdırma salan həblər və antibiotik qəbul etdikdən sonra infeksiya azalmağa başlayıb.
Bundan əvvəl Antalyadakı tibb müəssisələri rusiyalı turistlərdən “güclü virus”la bağlı kütləvi şikayətlərin olmadığını açıqlamışdı.
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ