İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə kraliça II Elizabetin dəfn mərasiminə 1,5 milyon gül göndərəcək

Kraliça II Elizabetin dəfn mərasimi üçün Türkiyədən Böyük Britaniyaya əksəriyyəti qərənfillərdən ibarət ən azı 1,5 milyon ədəd gül göndəriləcək.

AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, tədarükü sürətləndirmək üçün çiçəklər Böyük Britaniyaya ənənəvi yük maşınları ilə deyil, təyyarə ilə çatdırılacaq.

“Böyük Britaniyadan tələbatda ciddi artım müşahidə olunur... Adətən bu dövrdə Birləşmiş Krallığa hər həftə 600-700 min gül göndərilirdi, lakin Kraliça Elizabetin ölümü ilə əlaqədar dəfn mərasimi dövründə bu rəqəmin azı 1,5 milyon ədədə çatacağı ehtimal olunur”, - deyə Mərkəzi Anadolunun dekorativ bitkiləri və məhsulları ixracatçıları birliyinin rəhbəri İsmayıl Yılmaz bildirib.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Sentyabrın 10-da III Çarlz rəsmən Böyük Britaniyanın yeni kralı elan olunub. Kraliçanın dəfn mərasimi sentyabrın 19-na planlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR