İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İsrailə belə girə bilər - SENSASİON İDDİA

İki ölkə arasında savaş çıxsa, ABŞ kimə dəstək verəcək?

Yaxın Şərq yeni müharibənin astanasındadır. Türkoloq Polina Bekker pravda.ru saytına sensasion müsahibə verib.

Musavat.com oxucuları üçün həmin müsahibəni təqdim edirik.

-İsrail doğurdan da başa düşmür ki, öldürülən Haniyənin yerinə başqa, bəlkə də daha radikal şəxs gələ bilər?

-Təəssüf ki, biz başa düşməliyik ki, müharibə indi nə qədər dəhşətli səslənsə də, sərfəlidir. Bütün Yaxın Şərq neft ixracından asılıdır. İndi neftin qiyməti çox olmasa da, ucuzlaşır. Müvafiq olaraq, müharibə başlasa, neftin qiyməti qalxacaq. İstənilən belə böhran qiymətlərin formalaşmasında böyük rol oynayır. Haniyənin öldürülməsi bəzi dövlətlərin öz iqtisadiyyatlarını yüksəltmək üçün bir növ fürsətdir.

Снимок-24.JPG (64 KB)

— İsrail niyə ABŞ-ın sonadək onu dəstəkləyəcəyinə bu qədər əmindir, niyə onlara bu qədər arxalanırlar?

— İsrail və ABŞ çoxdankı strateji tərəfdaşlardır. İsrailin bu ortaqlığa ehtiyacı var. Ola bilsin ki, ABŞ Konqresində verdiyi bəyanatlar sayəsində İsrailin baş naziri Binyamin Netanyahu müəyyən güzəştlər tələb edə bilər. Məsələn, ABŞ-ı müharibə ilə şantaj edə bilər. Yaxın Şərqdəki müharibə indi ABŞ üçün o qədər də sərfəli deyil: onların öz problemləri-yaxınlaşmaqda olan prezident seçkilsi var. Ağ Evə nəzarəti saxlamaq üçün mümkün qədər çox Demokratlar Partiyasının seçicisini öz ətraflarına toplamaq lazımdır. Yaxın Şərqdə müharibə başlayarsa, bu o deməkdir ki, seçicilər Demokratlar Partiyasına deyil, respublikaçılara üstünlük verəcəklər.

-İran İsrail ərazisinə birbaşa zərbə ilə cavab verəcəyini vəd edib, lakin hələ ki, təhdidlərlə kifayətlənir. Sizcə, Tehran Livandan, yoxsa birbaşa öz ərazisindən İsrailə zərbə endirə bilər?

-Düşünürəm ki, İran İsraili öz raketləri ilə vurmalıdırlar. İran beynəlxalq səviyyədə nüfuzunun zədələnməsini istəmir. Ona görə də İranın Hizbullah vasitəsilə deyil, özünə zərbə endirməsi ehtimalı çox yüksəkdir.

-Ərdoğan Türkiyə ordusunun İsrailə girə biləcəyini söylədi. Bu bəyanatı necə şərh edərdiniz?

-Biz Ərdoğanın bunu dediyi konteksti başa düşməliyik. Onun məlum bəyanatı Türkiyənin şimal-şərqində, Suriya ilə həmsərhəd Rizə vilayətində verib. Orada çoxlu dindar müsəlmanlar yaşayır. Ən azı 20 ildir ki, Ərdoğanın kredosu bütün müsəlmanların himayəsi olub. Bu vilayətin əhalisinin əksəriyyətinin dindar türklər olduğu Rizə vilayətində deyilib. Istisna deyil ki, Ərdoğan bu açıqlama ilə NATO tərəfdaşlarından rahatlıqla nəsə tələb edə bilər. Məsələn, Türkiyə Almaniyadan F-35 qırıcıları almağa çalışır, lakin Berlin bu satışa veto qoyub. Türkiyə təyyarələrin endirimli satışı ilə bağlı ABŞ vasitəsilə Almaniya ilə danışıqlar aparmağa cəhd edə bilər. Türkiyə, Ərdoğanın dediyi kimi, Qarabağa heç vaxt qoşun göndərməyib. Azərbaycan ordusuna özəl hərbi şirkətlərlə, silahlarla dəstək verilirdi, amma rəsmi olaraq Türkiyə ordusu Qarabağda olmayıb.

1713043460.1619537869_modern.az_israil_45.jpg (303 KB)

- Türkiyə İsrailə necə girə bilər, bəlkə bu, blefdir?

-Deyə bilməzsiniz ki, 20 ildən artıq hakimiyyətdə olan siyasətçi blef edir. Türkiyə həqiqətən də İsrailə girə bilər, amma türk ordusu ilə deyil, çox güman ki, özünün özəl hərbi şirkətləri ilə.

-Türkiyə İsraillə müharibəyə başlasa, ABŞ kimə dəstək verəcək - NATO üzvü Türkiyəni, yoxsa müttəfiqi İsraili?

- Türkiyə NATO üzvü kimi ABŞ-ın Qara dənizə çıxışını təmin edir. Digər tərəfdən, ABŞ-ın İsrailə də ehtiyacı var, çünki seçkidə Amerikada səs hüququ olan nəhəng İsrailyönümlü lobbi var. Bu da daxili siyasətə birbaşa təsir edən amildir. ABŞ-ın bu halda kimi dəstəkləyəcəyini söyləmək kifayət qədər çətindir...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR