Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə xəbərdarlığına cavab bu ölkənin Xarici İşlər nazirindən gəlib.
Musavat.com İsrailin xarici işlər naziri Yisrael Katzdan sitatı təqdim edir:
"Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hədələyir. İstəyirik ki, o, orada baş verənləri və bunun necə bitdiyini xatırlasın".
Bu, açıq şəkildə Türkiyə prezidentini ölümlə hədələmək, "səni Səddam Hüseyn kimi asdırarıq" deməkdir.
Bəs nə baş verdi ki, onsuz da gərgin olan münasibətlər bu həddə gəldi?
Xatırladırıq ki, dünən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə təşkilatının tədbirində çıxışı zamanı İsraili nəzərdə tutaraq belə deyib:
"Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik".
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Sülhəddin Əkbərdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ