İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Ermənistan arasında MÜHÜM GÖRÜŞ

Qarsda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də regionun sosial-iqtisadi perspektivlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya üzrə baş direktorunun müavini Ayşe Üzer, eləcə də Arif Ekmekçi və Öndər Akgün iştirak ediblər.

Onlara Qars Ticarət və Sənaye Palatasının nümayəndələri, o cümlədən idarə heyətinin sədri Kadir Bozan və məclis sədri İdris Acay da qoşulub.

Məlumata görə, əsas müzakirə mövzusu Qars vilayətinin Akyaka rayonunda Ermənistanla sərhəddə yerləşən Şərq Qapısı sərhəd-keçid məntəqəsinin mümkün açılması olub. Görüş iştirakçıları bu addımın rayon sakinlərinə təsirini, eləcə də sosial-iqtisadi inkişafa potensial töhfəsini ətraflı qiymətləndiriblər.

Səfir Serdar Kılıç qeyd edib ki, sərhədlərin açılması Türkiyə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində mühüm mərhələ olacaq. Onun sözlərinə görə, bu addım təkcə Qarsa deyil, bütün regiona əhəmiyyətli faydalar gətirəcək, regional əlaqələrin və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR