Onlayn ictimai-siyasi qəzet
Ankara Ermənistanın üzünə hava yolunu qapatdığını rəsmən açıqlayıb və bunun səbəbini izah edib.
Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində məsələyə aydınlıq gətirib.
Mövlud Çavuşoğlu Ermənistandakı abidə təxribatından sonra Türkiyə hava məkanının erməni təyyarələri üçün bağlandığını açıqlayıb.
“Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq. Görüş üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, istisna olmaqla, ona icazə vermişik. Davam etsələr, yeni addımlar atacağıq”-Çavuşoğlu xəbərdarlıq edib.
Musavat.com
29 Sentyabr 2024
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ