İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət etdi

Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRICS-ə üzv olmaq üçün müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələrini genişləndirməyə çalışır. Bundan əlavə, BRICS-ə maraq Avropa İttifaqına daxil olmaqda irəliləyişin olmaması və NATO müttəfiqləri ilə fikir ayrılıqları fonunda yaranıb.

"Bloomberg"in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Qərb geosiyasi mərkəz mövqeyini itirir və çoxqütblü dünyanın müxtəlif oyunçuları ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Agentliyin yazdığına görə, assosiasiyanın genişləndirilməsi məsələsinə oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitdə baxıla bilər.

Qeyd edək ki, BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. Bu il assosiasiyaya Rusiya sədrlik edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR