Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam yanvarın 14-də istefa verib.
Musavat.com xəbər verir ki, məlumatı məhkəmənin mətbuat xidməti yayıb. Onun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatacaqdı.
Salamın varisi daha sonra BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən seçiləcək. Yeni hakimin səlahiyyət müddəti də 2027-ci ilin fevralında başa çatacaq.
Bundan əvvəl Livan prezidenti Cozef Aun Salamı respublikanın baş naziri təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb. Salam parlamentin 128 üzvündən 85-nin dəstəyini, onun rəqibi, baş nazir səlahiyyətlərini icra edən Nəcib Mikati isə cəmi 9 səs toplayıb.
Diplomat və hüquqşünas olan 71 yaşlı Navaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib və 6 fevral 2024-cü ildə onun prezidenti olub. Salam Beyrut aristokrat ailəsinə mənsub əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ