İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda saxta içki kabusu: 11 nəfər öldü

Son 24 saat ərzində İstanbulda saxta içki səbəbindən xəstəxanaya müraciət edən 11 nəfər həyatını itirib.

Musavat.com xəbər verir ki, bütün ölkə üzrə saxta içki hallarının artması narahatlıq doğurarkən, Daxili İşlər Nazirliyi 81 vilayətdə keçirilən “Çengel-16” əməliyyatı ilə saxta alkoqol istehsalına böyük zərbə vurub. Əməliyyat zamanı 55 min 105 litr saxta və qaçaq alkoqol, 4 min saxta banderol ələ keçirilib, 46 şübhəli saxlanılıb.

Saxta içkini necə tanıyaq?

Saxta içkini qoxu və ya dad vasitəsilə anlamaq çox vaxt mümkün deyil. Mütəxəssislər, xüsusilə açıq şəkildə təqdim edilən şüşələrə qarşı diqqətli olmağı tövsiyə edirlər. Şüşələrdəki barkod və etiketlər saxta içkini müəyyən etmək üçün mühüm ipucları verir. 

Metanol spirti zəhərlənməsinin əlamətləri

Daha ucuz olduğu üçün seçilən saxta içkilər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Metanol alkoqol zəhərlənməsinin ilkin əlamətləri arasında huşunu itirmə, başgicəllənmə və həddindən artıq yuxululuq var. Bundan əlavə, görmə itkisi, tarazlığın pozulması, yeriməkdə çətinlik və düşüncə problemləri kimi ağır sağlamlıq problemləri də meydana gələ bilər.

Mütəxəssislər, saxta içki riskinə qarşı diqqətli olmağı və şübhəli vəziyyətlərdə aidiyyəti orqanlara müraciət etməyi tövsiyə edirlər. 

Mənbə: https://www.ulusal.com.tr/saglik/sahte-icki-kabusu-can-aliyor-peki-sahte-icki-nasil-anlasilir-15072637

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR