İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətləri üçün “birləşmiş qablar qanunu” – bərabər inkişaf, total təhlükəsizlik təminatı

“TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər”.

Prezident İlham Əliyev dünən bu sözləri TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışda səsləndirib.

TÜRKPA-nın açması Türk Dövlətləri Parlament Assambleyasıdır. Bu qurum 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikaların parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub.

thumb.jpg (550 KB)

29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 1-ci plenar sesiyası keçirilib. Sessiyada TÜRKPA-nın reqlamenti, katibliyin əsasnaməsi və Bakı bəyannaməsi,TÜRKPA-nın katibliyinin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib.

Bakı Mərkəzi Asiya respublikaları və Türkiyə arasında coğrafi baxımdan mərkəz nöqtə olduğu üçün katibliyin bu şəhərdə yerləşməsi hamı üçün optimal qərar olub.

TÜRKPA-da sədrlik rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. Hazırda TÜRKPA-ya sədrik Azərbaycana keçib. Yaxın gələcəkdə Özbəkistan və Türkmənistanın da təşkilata üzv olacağı gözlənilir.

Azərbaycan Prezidenti çıxışı zamanı bildirib ki, ölkənin xarici siyasətində Türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən olunub.

Əslində bu, Azərbaycanın TÜRKPA-da sədr olmadığı dönəmlərdə də sistemli xarakter almışdı və xüsusilə də son illərdə Türkiyə və Mərkəzi Asiya respublikaları ilə iqtisadi, ticari, siyasi və mədəni planda qarşılıqlı əlaqələrin intensivləşməsi göz önündədir.

1717675525_66619dc353ccc66619dc3.jpg (111 KB)

Azərbaycan dövlətinin başçısı İlham Əliyev çalışır ki, Türk dövlətlərinin çulğaşması prosesi maksimum şəkildə effektiv və ardıcıl olsun, səmərəli nəticələr versin və bundan təşkilat üzvü olan bütün respublikalar faydalansın.

Bu istiqamətdə dövlət başçılarının bir-birinin ölkəsinə qarşılıqlı səfərləri çox önəmlidir. Bu səfərlər zamanı yeni-yeni sazişlər imzalanır, razılaşmalar əldə edilir, ümumilikdə qardaşlıq, dostluq münasibətləri dərinləşir.

Bu cür münasibətlərin fonunda “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” kimi fikirlərin ortaya çıxması təbiidir. Bu, fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir.

Prezidentin TÜRKPA nümayəndələri ilə görüşündə səsləndirildiyi kimi, bir aydan sonra Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Prezident İlham Əliyev deyib ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz: “Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur”.

Gerçəkdən müasir dövrdə hadisələr bir-birini o qədər sürətlə əvəz edir, az qala hər gün mühüm dəyişikliklər baş verir, yeni situasiyalar yaranır, bunlara ayaq uydurmaq üçün türk dövlətlərinin rəhbərlərinin vaxtaşırı, reqlamentdən kənar görüşüb müzakirə aparmalarına ehtiyac var. Belə görüşlər Şuşada ola bilər, Xivədə, Türküstanda, Bişkekdə də.

Bildirilib ki, Şuşada təşkil olunacaq qeyri-rəsmi sammitin əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bunun təbii olduğunu qeyd edən Prezident əlavə edib ki, çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.

Əsas məsələlərdən biri yüklərin qərbdən şərqə və şərqdən qərbə etibarlı və səmərəli daşınmasını, türk respublikalarının vətəndaşlarının bu və digər ölkələrdə daha ucuz və kütləvi şəkildə gəliş-gedişlərini təmin etməkdir.

Azərbaycanın dövlət başçısı deyib ki, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. “Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var”, - Prezident İlham Əliyev deyib.

İqlim məsələləri isə bu gün təkcə Azərbaycanın yox, ümumilikdə bütün dünyanın gündəliyində duran əsas vəzifələrdən biridir. Sadəcə, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək deyə onun məsuliyyəti böyükdür və görəcəyi işlər daha çoxdur. Prezident İlham Əliyev deyib ki, bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir: “Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir”.

photo_107221.jpg (45 KB)

Prezident Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi məna daşıdığını qeyd edərək bildirib ki, Şuşa 4 ilə yaxındır işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin -Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin işğaldan azad olunan rayonlara, xüsusilə də Ağdam və Füzuliyə səfər etmələrini, bu rayonlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamsını qeyd edib. “Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək”, - Prezident İlham Əliyev deyib.

Çıxış və niyyət protokollarından belə aydın olur ki, bütün bunlar davamlı olacaq. Dövlət başçısı bildirib ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. “İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir”.

4455d00ce0ab80bf403e2568c5fa6b5c_1821585.jpg (284 KB)

Bəli, Azərbaycan rəhbərinin də dediyi kimi, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Bu dövlətlərin vahid təşkilatda birləşməsi, ildən-ilə çulğaşması, qaynayıb-qarışması irəlilərdə hansı adlasa yeni bir konfederativ birliyin yarnmasına gətirib çıxarmasa da, bir arada olan bütün respublikaların “birləşmiş qablar qanunu” üzrə bərabət inkişafının, total təhlükəsizlinin təminatçısı olacaq.

“Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək” – Azərbaycan Prezidentinin görüşdə səsləndiriyi son sözlər belə olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR