İnsanlara hürriyət, millətlərə istiqlal!

Turizm cənnəti sayılan Havay yanır...

ABŞ-ın Havay ştatında kolluq ərazilərdə baş verən yanğınlar nəticəsində bəzi evlərə ziyan dəyib, ərazidə genişmiqyaslı təxliyələrə başlanılıb.

Havay adalarının qubernatoru vəzifəsini icra edən Silvia Luka ştatın müxtəlif yerlərində nəzarət altına alına bilməyən yanğınlar səbəbindən fövqəladə vəziyyət elan edib.

Milli hava xidməti (NWS) Dora qasırğasının yaratdığı saatda 97 kilometrdən çox sürətlə əsən küləklərin Havayda bir çox elektrik xətlərini məhv etdiyini və yanğınsöndürmə helikopterlərini yerə enməyə məcbur etdiyini açıqlayıb.

Meteoroloq Jeff Pauell Havay adalarının şimaldakı yüksək təzyiqlə Dora qasırğasının yaratdığı aşağı təzyiq arasında qaldığını və bunun yanğına nəzarəti çətinləşdirdiyini bildirib.

Havay arxipelaqının Maui adasının sözçüsü Mahina Martin iki bölgədə şiddətlənən yanğınlarla mübarizə aparıldığı, 13 min evin elektrik enerjisi ilə təmin olunmadığı, bəzi bölgələrdə təxliyənin başladığı barədə status paylaşıb.

Mauinin bələdiyyə sədri Riçard Bissen də Kula bölgəsində təxminən 4500 kvadrat kilometrlik ərazidə təsirli olan yanğın nəticəsində ən azı iki evin zərər gördüyünü, 40 evdən 80 nəfərin təxliyə edildiyini bildirib.

Bissen Mauinin şimalında daha 400 evin təxliyə edildiyini deyib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR