İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Gəncəliyev: “Türkiyədəki seçkilər dünya standatlarına uyğun şəkildə keçirildi”

Deputat Tural Gəncəliyev Milli Məclisdəki çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündə Prezident İlham Əliyevin Laçın sakinlərinə mənzillərinin açarlarını təqdim etməsini, Laçından mühüm mesajlar səsləndirməsini xüsusi qeyd etdi.

Deputat bildirdi ki, bəzi Avropa təşkilatları Azərbaycanın Laçın yolunda sərhəd-nəzarət məntəqəsi qurmasına qarşı çıxırlar, amma bu iddiaların heç bir əsası yoxdur. “Bütün dünya ictimaiyyəti qəbul edir ki, təhlükəsizlik sərhədlərdən başlayır. Avropa İttifaqını qorumaqdan 2005-ci ildən ötrü xüsusi agentlik yaradılıb və ildən-ilə öz büdcəsini artırır”-deputat əlavə etdi. Ardınmca bildirdi ki, Azərbaycanı ittiham edən təşkilatlar ilk öncə öz ölkələrinin siyasətinə diqqət etsinlər.

T.Gəncəliyev daha sonra Türkiyədə keçirilmiş şəffaf və demokratik seçkilərlə bağlı təbriklərini çatdırdı. O dedi ki, ATƏT-in müşahidə missiyasının təmsilçisi kimi seçkiləri yaxından izləyib. “Seçkilər yüksək səviyyədə, dünya standatlarına uyğun şəkildə keçirildi” - T.Gəncəliyev bildirdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR